Vaqif Sadıqov: “İnter”lə oyundan sonra komandada arxayınçılıq yaranmışdı”

XƏBƏR 29 Noyabr 2009 / 17:21 1741
-  A +

“Əvvəldən də bilirdik ki, “Olimpik-Şüvəlan”a qarşı oyun çətin keçəcək. Qarşılaşmanın gedişi də gümanlarımızı doğrultdu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis “İnter”lə üzərində qələbədən sonra futbolçularda arxayınçılıq yarandığını bildirib: “İnter” üzərində qələbə uşaqlarda bir qədər arxayınçılıq yaratmışdı. Bu səbəbdən də xal itkisiylə üzləşdik. Rəqibin arxa xətdə inamlı oyununu da qeyd etməliyəm”. 


Son xəbərlər