Kamal Alispahiç: “Təəssüf ki, yenə də istəyimizə çata bilmədik"

Kamal Alispahiç: “Təəssüf ki, yenə də istəyimizə çata bilmədik"
XƏBƏR 29 Noyabr 2009 / 16:29 1684
-  A +

“Bura qələbə qazanmaq üçün gəlmişdik. Lakin təəssüf ki, yenə də istəyimizə çata bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Kamal Alispahiç deyib. Bosniyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu bildirib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. “Standard” bu gün qələbəyə layiq idi. Oyun baxımından komandada problemlər var. Qarşıdakı matçlarda problemləri yoluna qoymağa çalışacağıq”.


Son xəbərlər