Ramiz Məmmədov: "PFL prezidentinin günahkarları cəzalandıracağına inanıram"

Ramiz Məmmədov: "PFL prezidentinin günahkarları cəzalandıracağına inanıram"
XƏBƏR 28 Noyabr 2009 / 21:42 1923
-  A +

"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Bura 3 xal dalınca gəlmişdik, amma "Simurq" kimi güclü komandadan 1 xal almaq da qələbəyə bərabərdir. Oyun çox gərgin keçdi və müəyyən problemlərin olduğunu qeyd etməliyəm". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri UniBank Premyer Liqasının XII turunda səfərdə "Simurq"la heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov deyib. Baş məşqçi hər zaman haqq-ədalətin tərəfində olan PFL-in prezidenti Ramin Musayevin indi də düzgünlüyün tərəfində olacağına və günahkarların lazımınca cəzalandırılacağına inandığını sözlərinə əlavə edib.

Son xəbərlər