“Xəzər Lənkəran” Poladovla müqaviləni uzatdı

XƏBƏR 27 Noyabr 2009 / 19:20 1836
-  A +

“Xəzər Lənkəran” dekabrda klubla müqaviləsi başa çatacaq Ruslan Poladovla müqavilənin müddətini bir qədər də uzadıb. Qol.Az-a açıqlamasında yarımmüdafiəçi ən azından yaya qədər Lənkəranda qalacağının dəqiqləşdiyini dedi: “Bəli, dekabrda “Xəzər Lənkəran”la müqaviəm bitir. Lakin bu günlərdə klub rəhbərliyi ilə söhbətimiz oldu və bundan sonra mövsümün sonuna kimi hazırkı komandamda qalacağım məlum oldu. Məsələ demək olar ki, tam dəqiqləşib”.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi “Xəzər Lənkəran”a 2007-ci ildə “Standard”dan gəlmişdi. 

 


Son xəbərlər