Vüqar Nadirov tilsimi qırdı

Vüqar Nadirov tilsimi qırdı
XƏBƏR 27 Noyabr 2009 / 16:24 1938
-  A +

Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov bu gün “Turan”a qarşı keçirilən oyunda vurduğu iki qolla cari mövsümdə Premyer Liqada qol hesabını açıb. Qol.Az-ın məlumatına görə, futbolçunun sonuncu dəfə vurduğu qol “Qarabağ”ın Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqust ayının 21-də səfərdə Hollandiya “Tvente”siylə keçirdiyi matçda qeydə alınıb. Həmin görüşdə müdafiəçilərin səhvindən istifadə edən Nadirov komandasını hesabda irəli çıxara bilmişdi. Təəssüf ki, bu qoldan sonra hücumçu nə milli komandanın, nə də “Qarabağ”ın heyətində keçirdiyi oyunlarda qapıya yol tapa bilmirdi. Lakin bugünkü görüşdə ikinci hissədə meydana daxil olan forvard dublunu rəsmiləşdirməklə eyni zamanda komandasının da turnir cədvəlində vahid liderə çevrilməsinə yardımçı oldu.


Son xəbərlər