“İnter” sabah Mingəçevirə yola düşür

“İnter” sabah Mingəçevirə yola düşür
XƏBƏR 27 Noyabr 2009 / 14:10 2372
-  A +

Bazar günü UniBank Premyer Liqasının ikinci dövrəsinin ilk matçı çərçivəsində Yevlaxda “Karvan”ın qonağı olacaq “İnter” sabah səhər saatlarında Mingəçevirə yola düşür. Qol.Az-ın məlumatına görə, Yevlaxda yaxşı şəraiti olan otel olmadığından bu şəhərə səfər edən digər komandalar kimi “bankirlər” də Mingəçevirdə məskunlaşacaqlar. Komanda oyun öncəsi son məşqini sabah saat 14:00-da Mingəçervir şəhər stadionunda keçirməyi planlaşdırır. Bakılıların heyətində ciddi itkinin olmadığını qeyd edə bilərik.

 


Son xəbərlər