Belçika qələbə qazandı, millimiz bir pillə gerilədi

Belçika qələbə qazandı, millimiz bir pillə gerilədi
XƏBƏR 27 Noyabr 2009 / 00:45 1922
-  A +

Qadınlar arasında 2011-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızın yer aldığı 9-cu qrupda bu gün bir oyun keçirilib. Qol.Az-ın məlumatına görə, noyabrın 22-də Bakıda milli komandamızla heç-heçə oynayan (0:0) Belçika millisi səfərdə Çexiyanın qonağı olub. Görüş belçikalıların 2:1 hesablı qələbəsiylə başa çatıb. Belçika millisindən Verelst (24) və Maes (27) fərqləndiyi halda, çexlərin yeganə qoluna 69-cu dəqiqədə Pivonkova imza atıb. Bu qələbədən sonra xallarının sayını 7-ə çatdıran belçikalılar turnir cədvəlində millimizi geridə qoyublar. Lakin milli komandamız 3 xal geridə qaldığı rəqibinə nisbətən 2 oyun az keçirib. Millimizin yer aldığı X qrupda hazırda turnir cədvəli aşağıdakı kimidir: 

1

İsveç

3

3

0

0

9-2

9

2

Belçika

5

2

1

2

5-7

7

3

AZƏRBAYCAN

3

1

1

1

2-4

4

4

Uels

4

1

0

3

4-5

3

5

Çexiya

3

1

0

2

3-5

3


Son xəbərlər