Unibank Premyer Liqanın növbəti turunda səfərdə “Qarabağ”ın qonağı olacaq “Turan” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyevin verdiyi məlumata görə, komandanın heyətində yalnız bir itki var. Gənc futbolçu Ruslan Namazov hazırda zədədən əziyyət çəkir və “Qarabağ”a qarşı oynamayacaq.
Eyni zamanda onu da qeyd edək ki, “Turan” Quzanlıya oyun günü yollanacaq. Klub rəsmisi bunun səbəbini belə izah etdi: “Tovuzdan Ağdama məsafə elə də uzaq deyil. Ona görə də belə qərar qəbul etdik ki, Quzanlıya elə oyun günü səhər tezdən yollanaq”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video