“Neftçi” - “Olimpik-Şüvəlan” matçının məkanı məlum oldu

“Neftçi” - “Olimpik-Şüvəlan” matçının məkanı məlum oldu
XƏBƏR 26 Noyabr 2009 / 01:29 1983
-  A +

“Neftçi” Azərbaycan Unibank premyer-liqasının ikinci dövrəsinin ilk turunda “Olimpik-Şüvəlan”ı Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionda qəbul edəcək. Qol.Az-ın “Neftçi”nin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ayın 22-də qadınlardan ibarət Azərbaycan və Belçika milli komandaları arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oyun, bundan bir gün əvvəl isə millilərin məşqləri həmin stadionda keçirilmişdir. Bununla belə, stadionun nümayəndələri klub rəhbərliyinin tapşırığı ilə meydançanın ot örtüyünü əla vəziyyətə gətiriblər. “Neftçi” ev oyunlarını həm də Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. Lakin noyabrın 29-da bu arenada “Bakı” - “Xəzər-Lənkəran” görüşü keçiriləcəyindən, “Neftçi” “Olimpik-Şüvəlan”ı Bakıxanov qəsəbəsində qəbul edəcək. 

Son xəbərlər