Azərbaycan çempionatının bombardiri “İnter”dən ayrılır

Azərbaycan çempionatının bombardiri “İnter”dən ayrılır
XƏBƏR 25 Noyabr 2009 / 13:02 2033
-  A +

Valentin Xodukinin baş məşqçi olduğu 2007-08-ci il futbol mövsümündə “İnter”in heyətində Azərbaycan çempionatının bombardiri adını qazanan Xaqani Məmmədov qışda “bankirlər”in düşərgəsini tərk etməyi düşünür. Qol.Az-ın məlumatına görə, futbolçu klubdakı hazırkı durumundan narazıdır. Səbəb Kaxaber Sxadadzenin ona oynamaq şansı verməməsidir. Aldığımız məlumata görə, qışda  “İnter”dən ayrılmağı planlaşdıran 32 yaşlı Məmmədovun karyerasını Sumqayıtın “Standard” klubunda davam etdirəcəyi gözlənilir. Qeyd edək ki, adıçəkilən komandaya keçidi baş tutarsa bu, Xaqaninin Sumqayıta ilk səfəri olmayacaq. Belə ki, Məmmədov 1996-97-ci il futbol mövsümünün II dövrəsində “Sumqayıt”ın şərəfini qoruyub.


Son xəbərlər