Vaqif Sadıqov: "Ruslan Avropanın ən yaxşı klublarından birində çıxış etməyə layiqdir"

XƏBƏR 24 Noyabr 2009 / 23:25 2913
-  A +

“Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov komandanın müdafiəçisi Ruslan Abışovun ölkə xaricinə mümkün transferilə bağlı fikirlərə münasibət bildirib: Futbolçumuzla xarici klubların maraqlanması sevindirici haldır. Abışov təkcə “Neftçi”nin yox, millinin də əsas oyunçularından birinə çevrilib. Bunda futbolçumuzla yanaşı, klubun da əməyi böyükdür. Ruslan Avropanın ən yaxşı klublarından birində çıxış etməyə layiqdir. Abışov başa düşür ki, ona imic qazandıran doğma klubun da mənafeyini düşünməlidir. O, peşəkar futbolçudur və hazırda bütün fikirlərini çempionatın oyunlarına cəmləyib. O, işini peşəkarcasına bilir, vətənini, klubunu sevir. Ruslan da hamımız kimi “Neftçi”nin əvvəlki nüfuzunu qaytarması üçün çalışır”.

Son xəbərlər