"Neftçi" Ruslan Abışovun transfer məsələsiylə bağlı bəyanat verdi

"Neftçi" Ruslan Abışovun transfer məsələsiylə bağlı bəyanat verdi
XƏBƏR 24 Noyabr 2009 / 16:29 2845
-  A +

"Neftçi" klubu son günlər komandanın müdafiəçisi Ruslan Abışovun Avropa klublarından birinə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, klubun bu gün yaydığı bəyanatda deyilir: "Son günlər ölkə mətbuatında xarici klubların futbolçumuz Ruslan Abışovla maraqlanması haqda xəbərlər yayılıb. Bəyan edirik ki, R.Abışovla bağlı kluba hazırda heç bir rəsmi təklif daxil olmayıb. Mətbuatda bu haqda xəbərlərin yer alması hazırda bütün fikirlərini premyer-liqanın oyunlarına cəmləyən, özünü vacib matçlara kökləyən futbolçuların psixoloji durumuna təsir göstərir. Buna görə də xahiş edirik ki, bu haqda yalnız klubdan rəsmi məlumat alasınız".

Son xəbərlər