Millimizin baş məşqçisi dünya çempionatının oyunlarını şərh etmək təklifi alıb

XƏBƏR 24 Noyabr 2009 / 15:21 1595
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının oyunlarını televiziya kanallarında şərh etmək təklifi alıb. Qol.Az-ın məlumatına görə, bu barədə Foqts AFFA-nın saytına müsahibəsində bildirib. “Bu barədə hələlik heç nə demək istəmirəm. Afrikada 2-3 həftə keçirə bilmərəm. Bəlkə də hər hansı bir studiyadan şərh apara bilərəm. Hazırda bununla bağlı söhbətlər aparılır, ancaq dəqiq heç nə yoxdur”.

Son xəbərlər