AFFA klubları və futbolçuları cəzalandırdı

 AFFA klubları və futbolçuları cəzalandırdı
XƏBƏR 24 Noyabr 2009 / 14:13 1893
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Unibank Premyer Liqasının XI turunun bəzi oyunlarındakı olaylarla bağlı qərar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Standard" - "Qəbələ" oyununda "Qəbələ" klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu İqor Melnik hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə edilib.
XI turunun "Simurq" - "Turan" oyununun 36-cı dəqiqəsində meydançaya kənar əşya  atıldığı üçün meydan sahibi - "Simurq" klubu 2000 manat cərimələnib.
"Qarabağ" - "Olimpik-Şüvəlan" oyununun 75-ci dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 79-cu dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi - "Qarabağ" klubu 2000 manat cərimə olunub. Qarşılaşmanın 86-cı dəqiqəsində "Olimpik-Şüvəlan" klubunun futbolçusu Sergey Laşenkov hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
"Neftçi" - "İnter" oyununda "Neftçi" klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində "İnter" klubunun futbolçusu Mahir Şükürov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner