Unibank Premyer Liqasının XII turunda "Simurq" komandasının qonağı olacaq "Qəbələ" oyunun hazırlıqlarına start verib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə,Qəbələ şəhər stadionunda məşq edən Ramiz Məmmədovun yetirmələri Zaqatalaya oyundan 2 gün öncə yola düşəcək. Qeyd edək ki, turnir cədvəlində IV pillədə qərarlaşmış əyalət təmsilçisinin heyətində itkilər var. Zədə üzündən Revaz Getsadze, Arif Daşdəmirov, Maksim Skoroxodov və Kristian Torres komandanın məşqlərinə qatıla bilmirlər. "Standard"la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan İqor Melnik də qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi