Roman Pokora: “Son dəqiqələrə qədər əmin deyildim ki, qələbə qazanacağıq"

Roman Pokora: “Son dəqiqələrə qədər əmin deyildim ki, qələbə qazanacağıq"
XƏBƏR 23 Noyabr 2009 / 18:29 2061
-  A +

"Turan"ın son oyunlarını izləmişdim. Deyə bilərəm ki, bu komandanın oyununa baxdıqda görünür ki, öz yerində qərarlaşmayıb. Son turlarda 13 qol vurublar. Biz də qapımızın toxunulmazlığını qoruya bilmədik”. Qol.Az-ın “Simurq”un rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Turan”la son tur matçı haqqında danışan Zaqatala klubunun baş məşqçisi Roman Pokora deyib. Ukraynalı son dəqiqələrə kimi qələbədən əmin olmadığını da etiraf edib: “Çox çətin matç oldu. Görüşə ideal vəziyyətdə hazırlaşmamışdıq. Fasilə və futbolçuların yığmaların düşərgəsinə yollanması ilə əlaqədar müəyyən problemlerimiz vardı. Üstəlik, zədə üzündən bəzi futbolçuların xidmətindən yararlana bilmədik. Son dəqiqələrə qədər əmin deyildim ki, qələbə qazanacağıq".

Son xəbərlər