Əsgər Abdullayev istefa verdi

Əsgər Abdullayev istefa verdi
XƏBƏR 23 Noyabr 2009 / 15:38 1979
-  A +

"Olimpik-Şüvəlan" klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında klubun ofisinə gələn təcrübəli mütəxəssis istefa ərizəsini prezident Vaqif Qasımova təqdim edib. Abdullayev ərizədə bunları qeyd edib: "Olimpik-Şüvəlan" Futbol Klubunun əsas komandasındakı ab-hava, futbolçular arasındakı münasibət məni qane etmir. Klubun formalaşmasında, bir iddialı klub kimi qəbul olunmasında böyük xidməti və zəhməti olan bir məşqçi kimi bunlar məni razı sala bilməz. Bir peşəkar kimi dəyişikliyə zərurət olduğunu hiss edirəm. Bəlkə də bu vəziyyəti düzəltmək üçün mənim komandadan getməyim klubun əvvəlki nüfuzunu qaytarmağa kömək edəcək. Bu addımı atmağı özümə vətəndaşlıq borcu sayıram. Bunları nəzərə alaraq Sizə bildirirəm ki, mənim "Olimpik-Şüvəlan" futbol klubunun baş məşqçisi vəzifəsindən istefamı qəbul edəsiniz. Sizə və komandaya gələcək oyunlarda uğurlar arzulayıram."

Son xəbərlər