Bolqarıstanlı futbolçu “Xəzər Lənkəran”a gəlməkdən imtina etdi

Bolqarıstanlı futbolçu “Xəzər Lənkəran”a gəlməkdən imtina etdi
XƏBƏR 23 Noyabr 2009 / 12:20 1835
-  A +

Bolqarıstanın “Çernomorerts” və “Spartak” klublarının sabiq futbolçusu Veselin Penev “Xəzər Lənkəran”a gəlməkdən imtina edib. Qol.Az-ın məlumatına görə, bu informasiyanı Bolqarıstanın “Meridian matç” qəzeti yayıb. Mənbənin məlumatına görə, bir müddət bundan əvvəl “Spartak”la müqaviləsi başa çatan Penevə ölkə xaricindən bir neçə təklif gəlib ki, onların sırasında “Xəzər Lənkəran” da olub. Hətta bolqarıstanlı həmkarlarımızın sözlərinə görə, 26 yaşlı müdafiəçi ilə cənub klubu arasında danışıqlar da aparılıb. Lakin son anda bolqar futbolçu Azərbaycana gəlməkdən imtina edərək Ukraynaya yollanıb və Donetskin “Metallurq” klubu ilə müqavilə bağlamağa qərar verib. Yaxın günlərdə o, Ukrayna klubunun heyətində ilk məşqinə çıxacaq.

Son xəbərlər