Məğlub olan “Muğan”ın baş məşqçisi:“Çox yaxşı oynadıq”

Məğlub olan “Muğan”ın baş məşqçisi:“Çox yaxşı oynadıq”
XƏBƏR 22 Noyabr 2009 / 22:06 1759
-  A +

"Bu gün meydana bir sıra itkilərlə çıxmışdıq. 5 futbolçumuz zədə üzündən heyətdən kənar qalmışdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Kamal Alispahiç deyib. Bosniyalı mütəxəssis qol epizodlarından istifadə edə bilməmələrindən şikayətlənib: “Komandamız yaxşı oynadı, çoxlu qol epizodundan istifadə edə bilmədik. Son dəqiqələrdə qapımızdan qol buraxıb məğlub olduq. "Bakı" klubunu qələbə münasibətilə təbrik edirəm".

Son xəbərlər