Azerisport.com saytının 3 yaşı tamam oldu

XƏBƏR 22 Noyabr 2009 / 18:05 5944
-  A +

Bu gün Azerisport.com saytının 3 yaşı tamam olub. 2006-cı il noyabrın 22-dən fəaliyyətə başlayan portal Azərbaycan idman mətbuatında özünəməxsus yerə sahibdir. Azerisport.com saytında eksklüziv xəbərlər, tanınmış idmançıların, məşqçilərin müsahibələri dərc olunur. Bundan başqa, bu saytın vasitəsilə önəmli turnirlərdən, ölkə çempionatlarının, milli komandalarımızın oyunlarından onlayn rejimdə reportajlar izləmək mümkündür. Tez-tez portalda fotosessiyalar və video görüntülər də yerləşdirilir.
Qol.Az saytının kollektivi Azerisport.com saytının əməkdaşlarını 3 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

Daha çox


Son xəbərlər
14.04.25  19:32

Mbappe üzr istəyib

14.04.25  14:59

"Biz axmaq deyilik"