Nizami Sadıqov: “Zaqatalaya bir xal qazanmaq üçün gəlmişdik”

Nizami Sadıqov: “Zaqatalaya bir xal qazanmaq üçün gəlmişdik”
XƏBƏR 21 Noyabr 2009 / 20:32 1924
-  A +

“Zaqatalaya 1 xal qazanmaq üçün gəlmişdik. Lakin təəssüf ki, istəyimizə çata bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib. N.Sadıqovun fikrincə, komandası “Simurq”a qarşı layiqli mübarizə aparıb: “Firkimcə, bu gün rəqiblə başabaş oynadıq. Məğlub olduğumuza çox təəssüflənirəm. Hakimdən bir o qədər də razı qalmadım. Amma deyə bilmərəm ki, onun hansısa səhvi matçın taleyinə təsir etdi”. 


Son xəbərlər