Ramal Hüseynovun taleyinə bu gün aydınlıq gələcək

Ramal Hüseynovun taleyinə bu gün aydınlıq gələcək
XƏBƏR 21 Noyabr 2009 / 15:15 1958
-  A +

“Standard”ın yarımmüdafiəçisi Ramal Hüseynovun komandadakı taleyinə bu gün  aydınlıq gələcək. Qol.Az-ın məlumatına görə, futbolçu bu gün komandanın baş məşqçisi Böyükağa Hacıyevlə görüşəcək və ətraflı söhbət edəcək. Böyük ehtimalla, baş məşqçi Hüseynovun qabağına nizam-intizamlı oynamaqla bağlı son dəfə şərt qoyacaq. Futbolçu bu şərti qəbul edərsə, onun Sumqayıt klubundakı çıxışını davam etdirəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, Ramal “Olimpik-Şüvəlan”la Sumqayıtda oynanılan çempionat matçının 79-cu dəqiqəsində gərəksiz yerə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoymuşdu. Nəticədə 90-cı dəqiqədə fərqlənən Şüvəlan təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı. Oyun başa çatan kimi isə Hacıyev Hüseynovu komandadan qovmuşdu.


Son xəbərlər