Böyükağa Hacıyev sabiq yetirməsini “Standard”a gətirir

Böyükağa Hacıyev sabiq yetirməsini “Standard”a gətirir
XƏBƏR 21 Noyabr 2009 / 12:20 1783
-  A +

“Standard”a baş məşqçi təyin olunan Böyükağa Hacıyev artıq indidən yeni heyətin formalaşdırılması ilə məşğuldur. Hazırkı, heyətdən bir çox futbolçu ilə vidalaşmağı planlaşdıran təcrübəli mütəxəssis əvəzində özünün güvəndiyi oyunçuları kluba dəvət edəcək. Qol.Az-ın məlumatına görə, növbəti ildən Sumqayıt klubunun şərəfini qoruyacaq futbolçulardan biri də Vüqar Quliyev olacaq. Futbolçu komandaya baş məşqçinin dəvəti ilə gəlir. Qeyd edək ki, Quliyev bir vaxtlar Hacıyevin rəhbərliyi altında “Bakı”da çıxış edib və çempionatın bürünc medallarını qazanıb. Maraqlıdır ki, Vüqarın son klubu məhz “Standard” olub. Lakin sonradan komandaya baş məşqçi təyin olunan Valdas İvanauskas onun xidmətinə ehtiyac duymayıb. 

 


Son xəbərlər