AFFA rəhbərliyi qələbəyə görə millinin üzvlərini mükafatlandırdı

AFFA rəhbərliyi qələbəyə görə millinin üzvlərini mükafatlandırdı
XƏBƏR 20 Noyabr 2009 / 18:11 2198
-  A +

Qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels millisi üzərində qazanılan qələbə münasibətilə bu gün AFFA-nın Futbol akademiyasında Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən baş katib Elxan Məmmədov qələbə münasibətilə komandanın üzvlərini təbrik edib və dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 22-də Bakıda keçiriləcək Azərbaycan - Belçika oyununda da futbolçularımıza uğurlar arzulayıb. Millinin üzvləri AFFA tərəfindən mükafatlandırılıb. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.


Son xəbərlər