Diniyevin yolu yenidən “Gəncə”ylə kəsişdi

XƏBƏR 19 Noyabr 2009 / 16:15 1856
-  A +

Futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının X turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Gəncə”nin oyunu yenə də Ramil Diniyevə həvalə olunub. Ramil Diniyevi “Gəncə” üçün doğma simadı. Xatırladaq ki, Diniyev 2005-06-cı il mövsümündə “Gəncə” klubunda inzibatçı vəzifəsində çalışıb. Ramil Diniyevin həmçininin “Gəncə”nin ovaxtkı baş məşqçisi Şahin Diniyevlə yaxın qohumluq əlaqələri var.


Son xəbərlər