Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşıyev Şəkidə həqiqi hərbi xidmətini davam etdirir. Karantin müddəti başa çatan Baxşıyev artıq vətənə sədaqət andı içib. Şəkidə “Mən Azərbaycana layiqincə xidmət edəcəyəm”, - deyən Baxşıyevin andına bir neçə futbolçu həmkarı şahidlik edib. Belə ki, həmin gün Elmarın yanında Mikayıl Namazov (“Qəbələ”), Anar Vəliyev, Sənan Qurbanov (hər ikisi “Rəvan”) və Elnur Çodarov (klubsuz) olublar. Andiçmədən sonra futbolçular Elmarın vəziyyəti ilə maraqlanıblar. Andiçmə münasibətilə bağlı Elmar Baxşıyevə təbriklərini Bakıdan çatdıranların sayı da az olmayıb. Belə ki, Ruslan Abışov (“Neftçi”) , Fərhad Vəliyev, Zaur Həşimov (hər ikisi “Qarabağ”) Elmardan telefon vasitəsilə hal-əhval tutublar.
Qeyd: Foto "Çempion" qəzetinə məxsusdur.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video