AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı

XƏBƏR 17 Noyabr 2009 / 13:42 1783
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, XVIII Azərbaycan kubokunun 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Qəbələ” - “Olimpik-Şüvəlan” oyunun 80-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Milan Antiç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.


Son xəbərlər