"Olimpik-Şüvəlan" daha bir futbolçu ilə yollarını ayırdı

"Olimpik-Şüvəlan" daha bir futbolçu ilə yollarını ayırdı
XƏBƏR 16 Noyabr 2009 / 13:06 1925
-  A +

"Olimpik-Şüvəlan" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Qol.Az-a klubun mətbuat xidmətindən daxil olan məlumata görə, gürcü legioner Ramaz Cabnidzedən sonra Ramin Nəsibov da komandanın heyətindən çıxarılıb. Klub həkimləri cari mövsümün əvvəlində komandaya zədəli gələn Ramin Nəsibovun səhhətindəki problemlərin ilin sonuna qədər aradan qalxmayacağını bildiriblər. Klubun rəsmiləri qarşılıqlı razılıq əsasında 30 yaşlı hücumçu ilə müqavilənin ləğvinə qərar verib.

Daha çox


Son xəbərlər