Millimiz Dubay turnirinə məğlubiyyətlə başladı

XƏBƏR 15 Noyabr 2009 / 18:42 3710
-  A +

Azərbaycan milli komandası bu gün Dubayda keçirilən beynəlxalq turnirdə ilk oyununa çıxdı. Millimizin yarımfinal görüşündəki rəqibi İraq yığma komandası oldu. Günün digər oyununda meydan sahibləri saat 19:30-da Çexiya millisini sınağa çəkəcək. Qol.Az saat 16:45-dən etibarən bu görüşlərdən canlı mətn-reportaj yayımladı.

 

İraq-Azərbaycan  1:0

 

Xaricdə yaşayan həmyerlilərimiz matçı http://www.iraqgoals.net/ch4.html saytından izləyə bilərlər.

 

 

Matç bitdi. Millimiz turnirin ilk oyunundaca məğlub oldu.

89. QOOl. Rəqib futbolçu Vasim Abbasın vurduğu top Kamran Ağayevin əlindən çıxır və top qapıya daxil olur.

85. Tural Cəlilov Vüqar Nadirovu əvəzləyir.

84. Rəqib futbolçu Əbdül Zəhranın cərimə meydançasının kənarından vurduğu topu Kamran Ağayev tutur.

79. Elvin Məmmədov sarı vərəqə alır.

75. Komandamızda oyunçu dəyişikliyi. Ramimin əvəzinə meydana Zeynal Zeynalov daxil olur.

64. KAMRAN, KAMRAN, KAMRAN.... Vladimir Levin cərimə meydançasında rəqibinə qarşı kobud oynayır. Qapımıza qarşı onbirmetrlik cərimə zərbəsi təyin olunur. İlk vuruşda rəqib futbolçu topu qapıya göndərir. Lakin hakim onbirmetrlik zərbənin düzgün yerinə yetirilmədiyini bildirərək yenidən vurulmasını tələb edir. İkinci zərbədə isə qapıçımız Kamran Ağayev topu tutur.

60. Komandamızda oyunçu dəyişikliyi. Rəşad Sadiqovun əvəzinə meydana Elvin Məmmədov daxil olur.

59. Rəşad Sadiqov sarı vərəqə alır.

52. Mahir Şükürov sarı vərəqə alır.

49. Sol cinahdan qapımız qarşısına ötürmə verilir. Ruslan Abışov topu uzaqlaşdırır.

48. Ramim qapıya doğru zərbə endirir. Zərbə qüvvətli olsa da, top qapıdan aralı keçir.

İkinci hissə başladı.

İlk hissə başa çatır.

 

45. Elnur Allahverdiyev uzaqdan mükəmməl zərbə vurur. Qapıçı topu çıxardır. Künc zərbəsi olsa da, hakim ilk yarının bitdiyi fiti səsləndirir.

41. Qapımız qarşısında ilk təhlükəli epizod baş verir. Rəqib futbolçu Yunus Mahmudun vurduğu top qapımızın üstündən keçir.

40. Elnur Allahverdiyev arxa-arxaya iki dəfə qaydanı pozur.

38. Mahir Şükürovun təxminən 28 metrdən vurduğu cərimə zərbəsi qapının yanından keçir.

37. Ramimə qarşı kobudluq. Rəqib futbolçu sarı vərəqə ilə cəzalanır.

33. Mahir Şükürov qapıçı ilə az qala təkbətək çıxacaqdı. Qapıçı cəld tərpənərək topa yiyələnir.

30. Mahir Şükürov cərimə zərbəsini yerinə yetir. Qapıçı topu əlindən buraxsa da, müdafiəçilər topu küncə çıxara bilir.

29. Ramimin cərimə zərbəsindən vurduğu top dirəkdən dönür. Millimiz daha bir şansı boşa verir.

21. Mahir Şükürovun künc zərbəsindən ötürdüyü topu Ruslan Abışov başla qapıya vurur. Top qapının yanından keçir.

20. Ruslan Abışov cərimə zərbəsində birbaşa qapıya zərbə vurur. Top qapıçıdadır.

18. Sol cinahdan Mahir Şükürovun ötürməsini Daniel Axtyamov başla qapıya vurdu. Bir qədər dəqiqlik çatmır. Qapıçı topu tutur.

10. Vüqar Nadirovun sol cinahdan Daniel Axtyamova ötürməsi qısa olur. Qapıçı topu tutur.

İlk dəqiqələrdə komandamızın ərazi üstünlüyü var.

5. Vüqar Nadirovun uzaqdan zərbəsini qapıçı tutur.

Oyuna komandamız başlayır.

 

Millimizin heyəti: Kamran Ağayev, Rail Məlikov, Ruslan Abışov, Mahir Şükürov, Elnur Allahverdiyev, Vladimir Levin, Aleksandr Çertaqonov, Ramim, Rəşad Sadiqov, Vüqar Nadirov, Daniel Axtyamov.

Matç başladı.

 

 

 

BƏƏ-Çexiya Saat 19:30

 

«Tahnoun Bin Mohammed» stadionu

Daha çox


Son xəbərlər