Şahin Diniyev ilk qələbəsini qazanmaq istəyir

Şahin Diniyev ilk qələbəsini qazanmaq istəyir
XƏBƏR 14 Noyabr 2009 / 15:14 1912
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” klubun Kislovodskdakı bazasında bir araya gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri bərpa prosesi keçiblər. Rusiya Premyer liqasının 29-cu turunda öz meydanında “Kuban”ı qəbul edəcək Qroznı təmsilçisi ayın 18-dək hazırlığını adı çəkilən şəhərdə davam etdirəcək. Komandada zədəli futbolçular yoxdur. Milli komandalarının heyətində olan Zabavnik, Georgiyev və Omelyançuk isə hazırlıqlara bir qədər gec qoşulacaqlar.  Qeyd edək ki, "Terek"- "Kuban" qarşılaşması noyabr ayının 21-ə təsadüf edəcək.

Daha çox


Son xəbərlər