"Simurq" "Turan"la görüşün hazırlıqlarına başlayır

XƏBƏR 14 Noyabr 2009 / 14:08 1781
-  A +

"Simurq" Premyer Liqanın 11-ci turu çərçivəsində Zaqatalada "Turan"la keçiriləcək qarşılaşmanın hazırlıqlarına noyabrın 15-də start verəcək. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Gəncə”ylə görüşdən sonra bir neçə günlük istirahətə buraxılan futbolçular bazar günü komandanın bazasında bir araya gələcəklər. Zədə üzündən son qarşılaşmaları buraxan Roman Axalkatsi, Andrey Sokolenko və Rasim Ramaldanovun durumlarına həkimlərin müayinəsindən sonra aydınlıq gələcək. Milli komandaların düşərgəsinə yollanan Gennadi Solonitsin, Tural Cəlilov və Daniel Axtyamov isə hazırlıqlara bir qədər gec qoşulacaqlar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner