"Neftçi"nin müdafiəçisi zədələndi

"Neftçi"nin müdafiəçisi zədələndi
XƏBƏR 14 Noyabr 2009 / 03:00 1813
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçi" İSM-lə cavab oyununda "Neftçi"nin futbolçusu Andrey Stepanov zədələnib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, estoniyalı müdafiəçi sol bud-çanaq nahiyəsindən zədə alıb. Həkimlər tərəfindən müalicə olunan Stepanovun 4 həftədən sonra yaşıl meydanlara dönəcəyi gözlənilir. Bu səbəbdən də müdafiəçinin noyabrın 22-də "İnter"ə qarşı oynamayacağı dəqiqləşib.

Daha çox


Son xəbərlər