Tomaş sıraya dönür

XƏBƏR 13 Noyabr 2009 / 18:25 1812
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsinin  cavab görüşləri çərçivəsində keçirlən “Bakılı”-“Bakı” matçında zədələnərək görüşün ilk hissəsində baş məşqçi Bülənt Qorxmaz tərəfindən əvəzlənən ikincilərin müdafiəçisi Aleksandr Tomaşın durumuna aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, oyundan dərhal sonra aparılan müayinədən sonra xorvatiyalı futbolçunun zədəsinin ciddi olmadığı üzə çıxıb. Futbolçu 4-5 günlük fasilədən sonra yenidən kollektiv məşqlərə qatılacaq. Hazırda isə o, sadəcə, yüngül qaçışla kifayətlənir.

 

Daha çox


Son xəbərlər