Naydin “İnter”ə qarşı oynaya bilər

Naydin “İnter”ə qarşı oynaya bilər
XƏBƏR 13 Noyabr 2009 / 16:39 1805
-  A +

“Karvan”la son çempionat oyununda zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan “Neftçi”nin yarımmüdafiəçisi Leonard Naydinin müalicəsi başa çatıb. Qol.Az-ın məlumatına görə,  klubun bazasındakı meydançada məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında fərdi məşq keçən rumıniyalı futbolçunun bərpa prosesi sürətlə gedir.  Proses bu sürətlə davam edərsə, Naydinin növbəti turda “İnter”lə qarşılaşmada meydana çıxmasında problem olmayacaq.

 

Daha çox


Son xəbərlər