Oktyabrın 14-də Fatih Terimin Türkiyə milli komandasının baş məşqçi postundan istefa verməsindən sonra bu vəzifə hələ də boş qalıb. Amma "ay-ulduzlular"ın yeni baş məşqçisinin əcnəbi olacağı artıq dəqiqdir. Bu haqda Türkiyə Futbol Federasiyasının rəsmisi Levent Kızıl açıqlama verib. Bəs görəsən, azərbaycanlı mütəxəssis bu posta təklif alsaydı, necə reaksiya verərdi?
Şahin Diniyev ("Terek" (Rusiya) – " Türkiyə yığması böyük komanda olduğu üçün böyük uğurlara imza atmış, illərlə təcrübəsi olan baş məşqçi rəhbərlik etməlidir. Əfsuslar olsun ki, bizdə Türkiyə yığmasına başçılıq edə biləcək məşqçimiz yoxdur. Bu gün mənim "ay-ulduzlular"a rəhbərlik etməyim mümkünsüzdür. Yaxın illərdə də həmçinin. Reytinq var. Reytinqə düşmək qeyri-mümkündür".
Ağasəlim Mircavadov ("Xəzər-Lənkəran") - "Açığı, onlar bizə yaxın gəlməzlər. İnanmıram. Türkiyə yığmasının bütün uğurlarını yerli məşqçilər qazanıblar. Amma onlar öz yerli məşqçiləri – Fatih Terimdən imtina ediblər. Təklif bir yana, reallıq da var... Niyə özümüzü aldadırıq? Heç bu barədə düşünməmişəm də. SSRİ dövründən qalan məşqçi olduğum üçün Azərbaycanda mənə birtəhər baxırlar. O ki qaldı Türkiyədə".
Vaqif Sadıqov ("Neftçi") – (gülür) "Əhval-ruhiyyəmi qaldırdınız. Türkiyə yığmasına uğurlar diləyirəm. Hesab edirəm ki, oradan təklif gəlməyəcək".
Yunis Hüseynov ("Karvan") - "Heç reaksiya verməzdim, elə təklif də olmazdı. Türkiyə yığmasından təklif gözləmirəm".
Böyükağa Hacıyev ("Standard") – "Mən hələ o haqda fikirləşməmişəm. Açığı, o yerə gedərəm ki, orada həddən artıq nüfuzum olsun və işimin öhdəsindən gələ bilim. Yalnız bu halda elə yükün altına girərəm. Azərbaycanda elə bir məşqçi göstərə bilərsinizmi ki, Türkiyədə o nüfuzun sahibidir? Lakin çox təəssüf ki, bu gün bir sıra məşqçilərimiz ona təklif gələndə harada işləyəcəyini yox, ilk növbədə, müqaviləni fikirləşirlər. Yox, mən o təklifə razılıq vermərəm. Çünki bu gün üçün Türkiyə yığmasında baş məşqçi işləməyə hazır deyiləm. Gəlin, özümüz-özümüzü aldatmayaq. Kim deyə bilər ki, gedib Türkiyədə xarüqələr yaradaram? Bir şeyi unutmayaq: İspaniya yığmasına Avropa çempionluğu qazandıran Luis Araqones Türkiyənin "Fənərbağça" klubunda baş çıxara bilmədisə, ondan sonra heç kim bunu bacarmaz. Ona görə gəlin, həqiqəti danışaq. Mən heç o təklifi gözləmirəm də. Hətta fərziyyə şəklində olsa belə, düşünmədən "yox" deyərəm".
Ramiz Məmmədov ("Qəbələ") - "Azərbaycanda Türkiyə komandalarını idarə edə biləcək məşqçi yoxdur. "Ay-ulduzlular"a rəhbərlik etmək üçün necə deyərlər, "Oxumaq, oxumaq, yenə də oxumaq" lazımdır. Məşqçi işinin o qədər çətinliyi var ki... Ən azı bir il çox güclü təlim-məşq toplantılarında olmaq, dünyanın ən güclü məşqçilərinin yanında təcrübə keçmək gərəkdir. Mən Türkiyə yığmasının baş məşqçisi işləmək istərdim. Amma indiki halda buna potensialım yetməz. "General olmaq istəməyən əsgər əsgər deyil" deyiblər. Biz də o səviyyəyə çatmaq üçün xeyli çalışmalıyıq".
Nadir Qasımov (işsiz) – "Bilirsən, necə sevinərəm? Axı biz onlar üçün xarici deyilik... Bir millət, iki dövlətik. Razılıq verərəm! Niyə də yox? Qaldı ki, öz məşqçilik səviyyəmin buna imkan verib-verməməyinə, burada da problem görmürəm. Hər hansı səviyyəli komandada işləmək bizim komandalarda işləməkdən daha rahatdır. Çünki hazırda bizim futbolçular keyfiyyətcə onlar qədər deyillər. Hansısa hərəkəti bir dəfə göstərməklə qavramaları baxımından bizimkilərdən üstündürlər. Qalır məşqçinin öz taktiki gedişlərini komandaya yeritmək. Bu da seleksiya işlərinin düzgün aparılmasından asılıdır. Yuxarıdan getmək olmasın, mən özümdə o keyfiyyətlərin hamısını görürəm. Bu gün hansı komanda olur-olsun, həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi çalışmağa hazıram. Bilirəm ki, Fatih Terim "ay-ulduzlular"ı 2010-cu il dünya çempionatının final mərhələsinə çıxara bilmədiyi üçün istefa verib. Mənim bu komandanı 2012-ci il Avropa çempionatına yüksəldib-yüksəldə bilməyəcəyimi isə gələcək göstərər. Türkiyədə o potensial var. Sadəcə, işə bir qədər də düzgün yanaşmaq və yığmaya dəvət alan futbolçularla yaxşı ünsiyyətdə olmaq, onlarla dil tapmaq lazımdır. Həm futbolçular, həm də baş məşqçi qoyulan məqsədə birgə çatmaq üçün can-başla çalışmalıdırlar. Bəri başdan hansısa uğura nail olacağımı demək düzgün olmazdı. Bu haqda seçmə mərhələ öncəsi yoldaşlıq görüşlərindən sonra fikir bildirmək olar. Sadəcə, qoyulan məqsədə doğru əzmkarlıqla gedəcək və əlimdən nə gəlirsə, edəcəyəm".
Mənbə: lent.az
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı