«Standard» klubunun yarımmüdafiəçisi Rəcəb Fərəczadənin Qol.Az saytına müsahibəsi
- Çempionatda yaranmış fasilədən necə istifadə edirsən?
- Demək olar ki, qış fasiləsi başlayandan bir həftə istirahət edim. Qalan vaxt ərzində daim idman edirəm ki, ikinci dövrəyə tam hazır olum.
- Birinci dövrədəki oyunun barədə nə deyə bilərsən?
- Yayda zədələnmişdim. Sonra hər şey yoluna düşdü, amma iki oyundan sonra yenidən zədələndim. Yəni zədələr ucbatından çox az oyunda meydanda oldum. İndi fərdi məşqlər edirəm ki, ikinci dövrədə əsas heyətə düşə bilim.
- Komandanın birinci dövrədəki çıxışı haqda nə fikirdəsən?
- Qələbə qazanmalı olduğumuz bəzi oyunlarda - «Bakılı», «Simurq»la matçlarda xal itirdik. İndi altıncı yerdə olsadıq, yaxşıydı. Ancaq ümumilikdə komandamızın oyununu normal sayıram.
- «Standard» niyə sabit oyun nümayiş etdirə bilmir ?
- Ümumiyyətl, hazırda çempionatda “İnter” klubundan başqa heçbir klubun sabit oyununu yoxdur. Bizim lazımı anda oyunu öz üzərinə götürəcək liderimiz yoxdur.
- Rəhbərlik komandanın qarşısında hansı məqsədləri qoyub?
- Keçən il heçbir məqsəd qoyulmamışdı. Ancaq bu il ən azı altılığa düşməliyik. Bizim ən zəif xüsusiyyətimiz sabit oynaya bilməməyimizdir. Yersiz xal itkiləri olmasaydı, yeqin ki, indi altılıqdaydıq.
- Başqa klublardan təklif almısan?
- Hə, onların arasında iddialı klub da var. Ancaq klubumla müqaviləm olduguna görə heç biri ilə anlaşmamışam.
- Hansı klublar səninlə danışıq aparıb?
- Heç biri ilə anlaşmadıgıma görə adlarını çəkməyəcəm. Təkcə onu deyim ki, hamısı milli çempionatımızda çıxış edir.
- Bir müddət öncə baş məşqçinizinn istefa verəcəyi haqda məlumatlar yayıldı.
- Düzdü, baş məşqçimiz bir müddət öncə istefa vermək istəyirdi. Ancaq “Qəbələ” ilə oyundan sonra bu söhbət bağlandı. Ümumiyyətlə, məşqçimiz həm güclü mütəxəssis, həm də yaxşı dostdur.
- Komandada nəsə yenilik var?
- Eşitdiyimə görə üç-dörd oyunçu komandadan kənarlaşdırılıb. Ancaq onların kimliyi barədə məlumatım yoxdur.
- “Standard”ın maliyyə vəziyyəti nə yerdədir, maaşınızı vaxtında ala bilirsiniz?
- Bəzən gecikmələr olsa da, maaşımız verilir. Ümumilikdə klubun maliyyə vəziyyətini normal sayıram.
“Mən sağ və salamatam”
FİFA-dan yeni qərar
Levandovski 150-yə çatdı
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı