“Neftçi” kubok oyununun hazırlığına başladı

XƏBƏR 10 Noyabr 2009 / 12:18 1987
-  A +

Unibank Premyer Liqasının X turunda "Xəzər-Lənkəran"la qarşılaşan "Neftçi" ölkə kubokunun hazırlıqlarına start verib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, massaj-bərpa prosesi keçən futbolçular "Neftçi" İSM-lə ölkə kubokunun 1/8 final mərhələsinin cavab oyununa hazırlaşmaq üçün bu gün klubun bazasındakı meydançada məşq edəcəklər.
Xatırladaq ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi İSM" - "Neftçi" cavab qarşılaşması 11 noyabrda T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyun saat 13:30-da başlayacaq.

 

Daha çox


Son xəbərlər