Elxan Məmmədov: «Berti Foqtsun qarşısında yeni şərtlər qoyulub»

Elxan Məmmədov: «Berti Foqtsun qarşısında yeni şərtlər qoyulub»
XƏBƏR 10 Noyabr 2009 / 11:33 2149
-  A +

Azərbaycanın futbol üzrə millisinin alman baş məşqçisi Berti Foqts qarşısında qoyulan yeni şərtlər əsasən milli komandanın heyətinin gəncləşdirilməsi prosesinin davam etdirilməsi olub. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib. Qol.Az-ın «Trend» agentliyinə istinadən yaydığı məlumata görə, E.Məmmədov deyib ki, baş məşqçi qarşısında qoyulan şərtlərdən biri də təlim-məşq toplanışları və fiziki hazırlıq proseslərinin yüksək səviyyədə keçirilməsidir.
Xatırladaq ki, bu gün AFFA-nın rəsmi saytı Foqtsla yeni müqavilənin imzalanması barədə xəbər yayıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Foqtsla görüşərək onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib.
Müzakirələrdən sonra Foqtsun milli komandanın baş məşqçi kimi fəaliyyəti 2 il müddətinə uzadılıb.
E.Məmmədov deyib ki, AFFA rəhbərliyi ilə görüş zamanı növbət iki il üçün milli komanda ilə bağlı təkliflər verilib.
Milli komandanın baş məşqçisinin yerli mütəxəssislərdən olan yeni köməkçisi məsələsinə gəldikdə, Məmmədov bununla bağlı qərarın 2010-cu ilin əvvəllərində veriləcəyini bildirib.

Daha çox


Son xəbərlər