Bülənt Qorxmaz: “Bir daha belə oyun görmək istəmirəm”

Bülənt Qorxmaz: “Bir daha belə oyun görmək istəmirəm”
XƏBƏR 7 Noyabr 2009 / 17:07 2143
-  A +

“Oyuna yaxşı başlamışdıq. Komanda hücumda fəal görünürdü. Lakin fasilədən sonra elə də yaxşı oynaya bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz deyib. Türkiyəli məşqçi bildirib ki, komandasının ifasında bu cür oyunu bir daha görmək istəmir: “Bu cür oyunu bəyənmədim. Ona görə də bir daha belə oyun görmək istəməzdim. Amma istənilən halda qələbə qazandığımıza görə çox şadam. Bundan sonrakı oyunlarda daha yaxşı oynamalıyıq”.

Daha çox


Son xəbərlər
topaz banner