AFFA hakimlərə yeni geyimlər verəcək

XƏBƏR 26 Dekabr 2008 / 22:44 3202
-  A +

Azərbaycan premyer-liqasının hakimləri 2-ci dövrədən yeni geyimdə olacaqlar. Qol.Az-ın məlumatına görə artıq Moskva ilə danışıqlar başa çatıb və bu məsələ həll olunmaq üzrədir. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da xəbəri təsdiq etdi: "AFFA bu yöndə çox mühüm addım atdı. Federasiya prezidenti Rövnəq Abdullayev hakimlərə necə qayğı göstərdiyini bir daha sübut etdi. Artıq "Adidas" firmasının Moskva nümayəndəliyi ilə danışıqlar başa çatıb və dekabrın 29-da yeni geyimlər - qış gödəkçələri və idman dəstləri Bakıya gətiriləcək. Mülki geyimlər isə artıq alınıb. Ümumilikdə 60 dəst yeni geyim əldə edəcəyik. Hakim geyimləri isə yanvarın sonunda Bakıya gətiriləcək". Onu da qeyd edək ki, növbəti mövsümə hazırlıq yanvarın əvvəllərində başlayacaq və yanvarın 17-dən 30-na kimi Azərbaycan hakimləri Türkiyənin Antalya şəhərində toplantı keçəcəklər. 

Daha çox


Son xəbərlər