Qazaxıstan millisinin baş məşqçisi: "Azərbaycan millisi yaxşı oynadı"

XƏBƏR 31 Oktyabr 2009 / 18:40 1865
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra Qazaxıstan yığmasının baş məşqçisi İlya Melanik AFFA-nın rəsmi internet saytına fikirlərini bildirib: «Azərbaycan millisi yaxşı oynadı. Birinci hissədə bir neçə qol vəziyyətimiz oldu. Təəssüf ki, bu fürsətlərdən lazımi qaydada yararlana bilmədik. Adi səhvlərə yol verdiyimiz üçün qollar buraxdıq».


Son xəbərlər