Bülənt Uyqun Mehmet Akın sabiq klubunda çalışacaq

Bülənt Uyqun Mehmet Akın sabiq klubunda çalışacaq
XƏBƏR 31 Oktyabr 2009 / 01:21 2042
-  A +

Türkiyənin "Sivasspor" klubunun sabiq baş məşqçisi Bülənt Uyqun karyerasına Türkiyənin 3-cü liqa təmsilçilərindən "Nilufərspor"da davam edəcək. Qol.Az-ın məlumatına görə, Uyqun klubda fəxri sözçü vəzifəsində çalışacaq. Türkiyə mətbuatı onun bir müddət sonra komandanın baş məşqçi postuna gətiriləcəyini yazır. Xatırladaq ki, "Nilufərspor" klubunun baş məşqçi postunda "Qarabağ"ın sabiq fiziki koordinatoru Mehmet Ak çalışırdı. Ak bir neçə gün əvvəl rəhbərliklə arasında olan anlaşılmazlıqdan sonra klubdan istefa vermişdi.


Son xəbərlər