Türkiyə prezidentinin köməkçisi Türkiyə-Ermənistan futbol qarşılaşmasında meydançaya şəxsən öz çantasında bayrağımızı keçirdib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə və Azərbaycan arasında yaranmış bayraq böhranı ilə bağlı maraqlı açıqlama verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Hulusi Kılıç Türkiyə və Ermənistan milli futbol komandaları arasında Bursada keçirilən oyundan 2 saat əvvəl prezident Abdulla Gülün köməkçisi Hüseyn Avni Qarslıoğlunun ona mesaj yazdığını söyləyib. Səfir bildirib ki, futbol oyunundan öncə o, Avni Qarslıoğluna mobil telefonla mesaj göndərib: “Mən yazdım ki, Azərbaycan və Rusiya futbol komandaları arasında keçirilən görüşdə tribunalarda Türkiyə bayraqları dalğalanır. Avni Qarslıoğlu isə mesajında mənə yazdı ki, prezident Abdulla Gül təlimat verib, cəza da olsa, Bursadakı meydana Azərbaycan bayraqlarının gətirilməsini tapşırıb. Avni Qarslıoğlu mesajında yazmışdı ki, hətta onun da çantasında Azərbaycan bayrağı var”. Hulusi Kılıc deyib ki, Azərbaycan və Türkiyə bayraqlarının yanaşı durması qürurverici bir mənzərədir : “Ancaq ora futbol meydanıdır, siyasətdən kənar olmalıdır. Siyasət meydanda olarsa, bundan pis niyyətli insanlar yararlanar”. Türkiyə mətbuatı Azərbaycan və Türkiyə arasındakı bayraq böhranının çözülməsində səfirin önəmli rol oynadığını yazıb.
Mənbə: lent.az
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi