AFFA uşaqlara top paylayacaq

XƏBƏR 26 Dekabr 2008 / 21:41 3089
-  A +

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə AFFA   «Futbol oynayaq, sağlamlığı qoruyaq» devizi altında Bakı şəhərinin küçə və məhəllələrində futbol oynayan uşaqların hər birinə  toplar hədiyyə edəcək. Bununla əlaqədar AFFA nümayəndələri küçə və məhəllərə baş çəkərək bu layihəni həyata keçirəcək. Kampaniyaya dekabrın 27-də saat 10:00-da start veriləcək və dekabrın 31-i axşam saatlarına qədər davam edəcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Son xəbərlər
21.06.24  15:42

Bacconun müsibəti