“İnter”in qənimi “Bakı”ya rəqib oldu

“İnter”in qənimi “Bakı”ya rəqib oldu
XƏBƏR 30 Oktyabr 2009 / 13:02 1937
-  A +

Gələn ilin yanvarında Moskvada keçiriləcək “MDB və Baltikyanı dövlətlərin çempionları turniri Birlik Kuboku”nun daha bir iştirakçısı məlum olub. Qol.Az-ın məlumatına görə, “Aktobe” növbəti dəfə Qazaxıstan çempionu olub. Son turda “Tobol”a qalib gələn Aktau təmsilçisi tarixində dördüncü dəfə ölkə çempionatının qalibi adını qazanıb.
Xatırladaq ki, ötənilki yarışda məhz “Aktobe” yarımfinalda ölkəmizi turnirdə təmsil edən “İnter”i məğlub etməklə təmsilçimizin finala gedən yolunu bağlamışdı.


Son xəbərlər