Ramin Musayev: “Azərbaycan çempionatında şübhələndiyimiz oyunlar olub”

Ramin Musayev: “Azərbaycan çempionatında şübhələndiyimiz oyunlar olub”
XƏBƏR 29 Oktyabr 2009 / 18:20 1896
-  A +

“İndiyədək Azərbaycan çempionatında şübhələndiyimiz oyunlar olub.  Həmin oyunlarla bağlı dərhal gizli araşdırma aparılıb. Lakin heç bir halda araşdırmaların nəticəsi şübhələri təsdiqləməyib”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib  PFL prezidenti oktyabrın 31-də “Simurq” və “İnter” arasında keçiriləcək Unibank Premyer Liqasının 9-cu tur matçını izləmək üçün Zaqatala şəhər stadionuna ekspertlərin göndərilib-göndərilməyəcəyi haqda sualı konkret cavablandırmayıb. Onun sözlərinə görə, lazım gələndə, oyunlar izlənilir. Lakin bu haqda ictimaiyyətə öncədən məlumat verilmir. Qeyd edək ki, bu komandalar arasında indiyədək keçirilmiş qarşılaşmaların hamısında “İnter” qalib gəlib. 8 turdan sonra “İnter” 19 xalla turnir cədvəlində 1-ci, “Simurq” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

Mənbə: lent.az


Son xəbərlər