Amerikalılar “İnter”ə problem yaradıblar

XƏBƏR 29 Oktyabr 2009 / 14:11 2069
-  A +

“İnter” klubun rəsmi internet saytında problem yaranıb. Qol.Az-ın müxbirilə söhbətində klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məsələyə aydınlıq gətirdi: “Həqiqətəndə saytımız dünəndən açılmır. Bu texniki problemlərlə əlaqədardır. Serverdə problem yaranıb. Bizim saytımızın yerləşdiyi server ABŞ-da yerləşir. Artıq bu haqda onlara məktub yazmışıq. İndi problemin həll olunmasının gözləyirik. Onu da deyim ki, yaxın zamanlarda saytımızın dizaynı tam dəyişəcək. Hazırda iş gedir. Yeni saytda bütün xəbərlər doğma dilimizdə olacaq”.   


Son xəbərlər