“0:4 hesabı ilə uduzsaq da, sona qədər mübarizə apardıq”

“0:4 hesabı ilə uduzsaq da, sona qədər mübarizə apardıq”
XƏBƏR 28 Oktyabr 2009 / 19:39 2011
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Azərbaycan - İngiltərə oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Oliver Pelzer matç haqda fikirlərini AFFA-nı rəsmi internet saytına bildirib: «0:4 hesabı ilə uduzsaq da, sona qədər mübarizə apardıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun göstərdi ki, biz son matçda Qazaxıstanı məğlub edib elit-raunda yüksələcəyik. Erkən əvəzetməyə gəldikdə, müdafiəni gücləndirmək üçün bu addımı atdıq».

 


Son xəbərlər