Qadınlardan ibarət millimizin baş məşqçisi: "Məni narahat edən əsas məsələ havanın yağmurlu olması idi"

Qadınlardan ibarət millimizin baş məşqçisi: "Məni narahat edən əsas məsələ havanın yağmurlu olması idi"
XƏBƏR 28 Oktyabr 2009 / 17:47 2225
-  A +

«İsveç millisi ilə oyundan fərqli olaraq, bu matçda futbolçularım daha xoş təsir bağışladılar. Məni narahat edən əsas məsələ havanın yağmurlu olması idi. Nəticədə hər şey bizim üçün yaxşı oldu. Oyun haqda onu deyə bilərəm ki, layiq olduğumuz qələbəni qazandıq» Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Azərbaycan – Uels oyunundan sonra millimizin baş məşqçisi Şamil Heydərov deyib.

Son xəbərlər