Premyer Liqanın sponsoru olan «Unibank» və Peşəkar Futbol Liqası (PFL) ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin Türkiyənin «Fənərbaxça» və «Qalatasaray» komandaları arasındakı derbi-matçında iştirakını təşkil etdi. Oktyabrın 25-26-da 11 nəfərdən ibarət jurnalist heyəti, habelə PFL və bankın nümayəndələri Türkiyəyə səfər edərək, İstanbulun yüz illik tarixə malik olan ən mötəbər klubları arasında növbəti futbol mücadiləsinin şahidi olublar. «Unibank»ın keçirdiyi bu aksiyanın hər bir iştirakçısı «Şükrü Saracoğlu» stadionunun tribunasında prinsipial oyunun bütün həyəcanını hiss etdi.
«Biz bir daha futbol oyununun həqiqi dəyərlərini qiymətləndirmək imkanı əldə etdik. İlk növbədə bu, futbolun bizə – azarkeşlərə bəxş etdiyi müsbət emosiyalardır», - deyə «ANS» telekanalının idman şərhçisi Gündüz Abbaszadə bildirib. «Unibank»ın təşkil etdiyi bu aksiya bir daha futbol ictimaiyyətinin həmrəyliyin nəyə qadir olduğunu göstərdi. Bir daha aydın oldu ki, müasir futbolda - uğur naminə vəsaitlərini xərcləməyə hazır olan investorlarsız heç bir şey etmək mümkün deyil», - deyə şərhçi vurğulayıb.
«Baxmayaraq ki, mən uzun illərdir, idman mövzusunda yazan jurnalistlərdən biriyəm, bu günə qədər İstanbul derbisi kimi matçın şahidi olmamışdım. Məni həmçinin azarkeşlərin emosionallığı və sevdikləri klublara sədaqəti heyrətləndirdi. Bu oyunun bütün epizodları, o cümlədən vurulan qollar, oyunçuların yaratdıqları qol vəziyyətləri, komandalarını sonadək ruhlandıran azarkeşlərin emosiyaları ilə birlikdə bir daha futbolun bizim ölkəmizdə də nə dərəcədə sosiallaşa biləcəyini göstərdi», - deyə «Nedelya» (Həftə) qəzetinin idman müxbiri Zəki Feyzullayev bildirib.
«İndi bizim korporativ sektorla futbol peşəkarlarının həmrəyliyinə həmişə olduğundan daha çox ehtiyacımız var. Bu aksiya «Unibank» və PFL həmrəyliyinin bariz nümunəsi idi. Düşünürəm ki, pul hər şeyi həll etmir. Mentalitetdə də bəzi dəyişiklər baş verməlidir ki, işgüzar adamlar bir dəfəlik başa düşsünlər - Azərbaycanda futbol olub, var və olacaq. Artıq şəxsən mənim heç bir şübhəm yoxdur ki, «Unibank» kimi banklar həqiqətən əsl futbol azarkeşi olan yüz minlərlə insan üçün işləyirlər», - deyə «TREND» İnformasiya Agentliyinin direktor müavini Emil Hüseynli bildirib.
Xatırladaq ki, «Unibank» Kommersiya Bankı ASC Azərbaycanda Peşəkar Futbol Liqasının ilk rəsmi sponsorudur.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”